21 страница15 августа 2023, 20:53

21

Sən gedən gündən həyat sönübdür.
Heç bir şeyə qalmayıb maraq.
Sanki qara zülmətə dönübdür
Demək ki, sən imişsən çıraq.
Hara getsəm, gözlərim axtarır
Sənə oxşar üz cizgiləri.
Xəyallarım yanına aparır
Kaş görə biləydim gözlərin.
Bircə dəfə mən səni görərdim
Darıxmağımı deyə bilsəm.
Bağrıma basıb, çoxlu öpərdim
Qoxlayıb ətrin, sakitləşəm.
Bilsəm ki, sonra rahatlanıram,
Özüm səni qəlbimdən siləm.
Amma buna heç vaxt inanmaram
Bir gün səni unuda biləm...

21 страница15 августа 2023, 20:53

Комментарии

0 / 5000 символов

Форматирование: **жирный**, *курсив*, `код`, списки (- / 1.), ссылки [текст](https://…) и обычные https://… в тексте.

Пока нет комментариев. Будьте первым!