22 страница15 августа 2023, 20:54

22

Atamın ad günün qeyd edirdik.
Birdən söz düşdü il dönümündən.
Harda olacağını fikirləşirdik
Hamı təklif etdi özündən.
Qardaşın dedi il dönümündə
Yığışaq gedək Gürcüstana.
Təklifə baba biraz gülüb, də
Söylədi ki, vaxtı var ona...
Sən də dedin ki, öz ad günündə
Babayla gedərsiz Qusara.
Yanlız ikiviz il dönümünü
Sakitcə keçirərsiz orda.
Elə bil ürəyinə danmışdı
Bu ad günün keçəcək sənsiz.
Ona görə də sən bizə demişdin
Rayona siz gedəcəksiniz.
Öz istədiyin kimi də oldu
Öz arzusuna çatmısan sən.
On beş yaşın artıq tamam oldu
Amma aramızda yoxsan sən.

22 страница15 августа 2023, 20:54

Комментарии

0 / 5000 символов

Форматирование: **жирный**, *курсив*, `код`, списки (- / 1.), ссылки [текст](https://…) и обычные https://… в тексте.

Пока нет комментариев. Будьте первым!