20 страница3 июля 2026, 18:55
20
Belə tez gedəsi adam deyildin.
Gedişinə nə yaman üzüldüm.
Ömrün elə tez solası deyildi
Niyə onu bizə çox gördün?
Arzular nakam qalası deyildi
Qurulmuşdur gələcəyə ümüdlər.
Həyata keçirməsinə meyli idin
Niyə yalan çıxdı o sözlər?
Həyatda hər şey başqa cür indi
Səndən sonra dönüb zülmətə.
Sən idin bu dünyanın sevinci.
Həsrət qaldıq uca qamətə...
Bu yara getməz ki, mümkün deyil.
Sən onu içində də boğsan.
Vaxt keçdikcə dərd keçəsi deyil.
Nə qədər də ona çalışsan...
20 страница3 июля 2026, 18:55
Комментарии
Пока нет комментариев. Будьте первым!
