19 страницаОпубликовано: 15.08.2023. 20:52
80

Озвучивание не поддерживается в этом браузере

19

Sənsiz keçən neçənci bayramıdır
O boy-buxuna bibi qurban.
Mümkünü yox, yoxsa ki deyərdim -
"Ömrüm olardı sənə qurban".
Həyatı mən yox, sən yaşayardın
Mən artıq görmüşəm ləzzətin.
Ata-anaya dayaq olardın
Bacıya da - qardaş ibrəti.
Sənsiz dünya - bir bağlı zindandır
Hər yeni gün, sanki bir zülüm.
Bəxtin başqa cürə yazılardı
Nə ayrılıq olardı, nə də ölüm.
Nənə-babanın fəxri, vüqarı
Bibinin - döyünən ürəyi.
Keçirdib öz sonuncu baharı,
Göylərə üz tutdu, mələyim...

Комментарии

0 / 5000 символов
Пока нет комментариев. Будьте первым!