18 страница15 августа 2023, 20:52
18
Səndə getdin ötən bahar kimi.
Hanı indi səni arzular?
Şəkillərdə səni görən kimi
Bürüyür qəlbimi ahu-zar.
Hanı bəs "böyüyəcəm" deyirdin,
"Alacam sənə sırğalar".
Hamıya ürək-dirək verirdin.
"Dərdi varsa - dərman tapılar".
Bəs niyə tapılmadı dərmanın?
Tənha qoyub bizi, sən getdin?
Ölüb artıq hər şeyə gümanım
Yalan imiş boş ümüdlərim...
Verilməyən suallarım çoxdur.
Kim onları cavablandırar?
Bilirdim ki, sənsiz həyat yoxdur.
Bilməzdim belə ağır olar...
18 страница15 августа 2023, 20:52
Комментарии
Пока нет комментариев. Будьте первым!
