15 страница3 июля 2026, 18:55
15
Yenə qəlbim qəribə sızlayır.
Rahat qoymur məni ağrılar.
Yenə bir nəfər üçün ağlayır
Özü gedib, nakam qalıb arzular.
Dostlar boynu bükük qalıblar
Uçub gedib qardaşın biri...
Gələcəyinə planlar qurublar...
Kim doğruldacaq onları indi?
Ata, ana indidən qocalıb
Bala həsrətinlə yaşayıb
Hər gün şəkillərinə baxıb
Birgə günləri xatırlayıb...
Mələk idi, bizdən uçub, getdi.
Əl çatmayan mavi göylərə.
Həmişəlik də bizi tərk etdi
Əbədi qalıb ürəklərdə...
15 страница3 июля 2026, 18:55
Комментарии
Пока нет комментариев. Будьте первым!
