16 страница15 августа 2023, 20:51
16
Bu gün mən tezdən oyandım
Səni gördüm yuxuda...
Xəyallarına aldandım
Elə bil ki, ayıqda.
Şirin-şirin danışırdıq
Səninlə ordan-burdan.
Hamını sən soruşurdun
Səbr ilə, aram-aram...
Bir anlıq tutulub qaldım,
Bürüdü məni qəhər.
Öz hisslərimə qapandım
Birdən açıldı səhər...
Sözümüz yarımçıq qaldı
Arzular da həmçinin.
Dünya mənim üçün qaraldı,
Mənim ağ göyərçinim.
Yerini də bundan sonra
Heç kim doldura bilməz.
Gül də ömrünün sonunda
Əvvəlki ətrin verməz...
16 страница15 августа 2023, 20:51
Комментарии
Пока нет комментариев. Будьте первым!
