8 страницаОпубликовано: 15.08.2023. 20:47
90

Озвучивание не поддерживается в этом браузере

8

Elə darıxmışam sənin üçün...
Həsrətəm o nurlu üzünə.
İşıq saçan ala gözlərin üçün
Ehtiyacam elə özünə.
Dilindən düşən o sözlərin üçün
Hər kəlmədə həqiqət olan.
Züm-zümə edən nəğmələrin üçün
Bu gün qəribsəmişəm yaman...
Baxıb şəkillərə, kövrəlirəm.
Arada görürəm yuxuda.
Həmişə səni fikirləşirəm
Alınmır ki, səni unudam...
Tanrı möcüzəni yaradardı
Qurban olum məsləhətinə.
Bir gün səni bizə qaytarardı
Son qoyardı bu həsrətinə... 

Комментарии

0 / 5000 символов
Пока нет комментариев. Будьте первым!