5 страницаОпубликовано: 15.08.2023. 20:46
100

Озвучивание не поддерживается в этом браузере

5

Yenə səhər, yenə gecə qaranlıq
Isladıb küçələri yağış.
Mənim dostum indi - tənhalıq.
Bacarırsan - onunla danış...
De ona ki, yaman darıxıram
Keçib gedən o günlər üçün...
Alışa bilmirəm, sıxılıram
Bircə dəfə görüşmək üçün...
Danış ona, onsuz qaldığımız
Düz 230-cü gün.
Getdi arada sağlamlığımız.
Hər saat da, sanki bir zülüm.
Çətindir, heç dözüləsi deyil.
Nə qədər də təsəlli tapsan.
Xeyri yox, geri dönəsi deyil
Heyif səndən, ey, gözəl insan...

Комментарии

0 / 5000 символов
Пока нет комментариев. Будьте первым!